Yaşayış sahələrinin dəyişdirilməsi haqqında müqavilə (əsli) onu imzalayan kirayəçilər tərəfindən müvafiq dəyişdirilmənin həyata keçirilməsinə razılığın alınması məqsədilə dəyişdirilən yaşayış sahələrinə dair sosial kirayə müqavilələrini bağladıqları kirayəyə verənlərə təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Bu cür razılıq və onun verilməsindən imtina kirayəyə verən tərəfindən yazılı formada rəsmiləşdirilir və razılıq almaq üçün müraciət edən kirayəçiyə və ya onun nümayəndəsinə müraciət etdikləri gündən on iş günündən gec olmayaraq təqdim olunur.
