Məhkəmə baxışında iştirak edən və ya məhkəmə iclasında olan şəxslərin vəzifələri müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.
Məhkəmə baxışında iştirak edən və ya məhkəmə iclasında olan bütün şəxslər aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
– məhkəmə iclasında sədrlik edənin bütün göstərişlərini və icra məmurunun onlara əsaslanan tələblərini yerinə yetirmək;
– məhkəmə iclası zamanı sakitliyə və təmizliyə riayət etmək;
– yerlərindən qalxmamaq və məhkəmə iclası zalında gəzməmək;
– yalnız məhkəmə iclasında sədrlik edənin icazəsi ilə foto, kino, audio, video, kompüter və digər yazan texniki vasitələrdən istifadə etmək;
– yalnız məhkəmə iclasında sədrlik edənin icazəsi ilə danışmaq, vəsatətlər qaldırmaq və ya etirazlar etmək;
– məhkəmə iclasında sədrlik edən müraciət etdikdə qalxmaq və yalnız onun icazəsi ilə əyləşmək;
– məhkəməyə «hörmətli məhkəmə», hakimə isə «hörmətli hakim» sözləri ilə müraciət etmək;
– məhkəmə iclasında çıxış edən şəxslərin çıxışını kəsməmək, şərh etməmək və ya onların ünvanına atmacalar atmamaq;
– təhqiredici və nalayiq ifadə və hərəkətlərdən, habelə təqsirləndirilən və ya zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesinin digər iştirakçılarının dindirilməsi zamanı yönəldici suallardan çəkinmək.
