Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının hazırlanmasında məqsəd aparılan vergi siyasətinin strateji məqsədlərinin həyata keçirilməsinə nail olmaq, vergi inzibatçılığını təkmilləşdirmək, mütərəqqi informasiya texnologiyalarının tətbiqi yolu ilə səyyar vergi yoxlamasının səmərəliliyini yüksəltməkdən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.
Bu Qaydaların əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş qərarlar Vergi Məcəlləsinin və vergi qanunvericiliyi ilə bağlı digər normativ hüquqi aktların müddəalarına zidd olmamalıdır.