Təqsirləndirilən şəxs tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı uzun müddət ərzində (hər bir halda 10 (on) gündən artıq olmamaq şərti ilə) üzrlü səbəblərə görə mümkün olmadıqda məhkəmə işin baxılmasını təxirə salaraq təqsirləndirilən şəxsə başqa müdafiəçi seçməyi təklif etmək, o, imtina etdikdə isə vəkillər kollegiyasının müvafiq qurumu vasitəsilə ona yeni müdafiəçi təyin etmək hüququna malikdir. Məhkəmə baxışını təxirə salaraq, müdafiəçinin əvəz edilməsi məsələsini həll edərək, məhkəmə belə qərarın qəbul edilməsinin məqsədəuyğunluğunu (məhkəmə baxışına artıq sərf edilmiş vaxtı, icraatın mürəkkəbliyini və bununla əlaqədar məhkəmə baxışına yeni cəlb olunmuş müdafiəçi tərəfindən icraat materiallarının öyrənilməsinə sərf ediləcək vaxtı və digər halları) nəzərə alır.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.