Daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi bəyannaməsi Vergi Məcəlləsinin 150.1.9-cu və 150.1.13-cü maddələrinə əsasən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notariuslar və ya ixtisaslaşdırılmış hərrac təşkilatları, habelə həmin Məcəllənin 150.3-5-ci maddəsində nəzərdə tutulmuş halda fərdi sahibkarlar tərəfindən təqdim edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

İxtisaslaşdırılmış hərrac təşkilatları tərəfindən açıq hərrac qaydasında yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb olunur.