Elektron audit belə aparılır

25 Fevral 2025, 01:06

Elektron audit Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron auditin keçirilməsi” Qaydalarına uyğun olaraq aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.

Yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan səyyar vergi yoxlamalarının hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.