Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsindən azad edilib.

Heftelik.az-ın Unikal-a istinadən verdiyi məlumata görə, Nurlana Məmmədzadə baş katib postundan ayrılıb.

Onu Federasiyada layihələr üzrə menecer işləyən Fatimə Şəfizadə əvəz edib.

Qeyd edək ki, Nurlana Məmmədzadə 2017-ci ilin dekabrından baş katib təyin olunmuşdu.