Orqan və ya sistemlərin funksiyalarının pozulmasına səbəb olan, laborator təsdiqlənmiş antifosfolipid sindrom “b” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

İkincili antifosfolipid sindrom əsas xəstəliyinə görə şəhadətləndirilir. Autoimmun xəstəliklərdə prosesin aktivliyinin laborator əlamətləri 6 ay saxlandıqda və ya ildə 2 dəfə və çox kəskinləşdikdə “Xəstəliklər cədvəli”nin III qrafası ilə şəhadətləndirilmə “b” bəndi üzrə keçirilir.