Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin ikinci əldən kirayəyə verilməsinə dair müqavilədə ikinci əldən kirayəçi ilə birlikdə yaşayış sahəsinə köçürülən vətəndaşlar göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin ikinci əldən kirayəyə verilməsinin müddətini bu müqaviləni bağlayan tərəflər müəyyən edir. Müqavilədə müddət göstərilməyibsə, həmin müqavilə bir il müddətinə bağlanmış hesab edilir.