Bolqarıstanın “Beroe” klubunun hücumçusu Leandro Qodoy Azərbaycandan təklif alıb.
Heftelik.az-ın xəbərinə görə, Telegraph.bg məlumat yayıb.
ğdam klubu qış “transfer pəncərəsi”ndə argentinalı forvardı heyətinə qatmağa çalışıb. “Qarabağ”la yanaşı, Moskva “Lokomotiv”i və Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” klubu da 24 yaşlı futbolçunun transferində maraqlı olub.
Lakin “Beroe” rəhbərliyinin tələbi hər üç klubu geri addım atmağa vadar edib. Bolqarlar hücumçu üçün 2 milyon avro istəyiblər. Klub rəhbərliyi maksimum 100 min avroluq endirimə razı olacağını açıqlayıb. Üstəlik, oyunçunun Avropa pasportu da olmayıb. Bu səbəbdən Qodoy yaya qədər hazırkı komandasında qalmalı olub.
Qeyd edək ki, Leandro Qodoyun “Beroe” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.