Məhkəmənin təşəbbüsü ilə çağırılmış şahidi əvvəl ittiham tərəfi, sonra müdafiə tərəfi, daha sonra isə məhkəmə dindirir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.
Cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zərurət olduqda cinayət prosesi tərəflərindən birinin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə və yalnız onun əsaslandırılmış qərarı əsasında 16 (on altı) yaşına çatmamış şahidin məhkəmə iclasında təqsirləndirilən şəxsin iştirakı olmadan dindirilməsinə yol verilə bilər.
