Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsini kirayəyə verənin yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın vaxtında ödənilməsini tələb etmək hüququ var.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsini kirayəyə verənin aşağıdakı vəzifələri var:

– digər şəxslərin hüquqlarından azad olan yaşayış sahəsini kirayəçiyə vermək;

– yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakının lazımınca saxlanmasında və təmirində iştirak etmək;

– yaşayış sahəsinin əsaslı təmirini aparmaq;

– kirayəçiyə lazımi keyfiyyətlə kommunal xidmətlərin göstərilməsini təmin etmək.

Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsini kirayəyə verən göstərilənlərdən başqa, mənzil qanunvericiliyi və sosial kirayə müqaviləsi ilə nəzərdə tutulan digər vəzifələri daşıyır.