Ağrı sindromunun kəskinləşməsinin tez-tez (ildə 2 dəfə və çox) residivləri, oynaq qığırdaqlarının dağılmaları (rentgenoqramda oynaq yarığının eninin 2 mm-dən az olması) və ətrafların oxunun deformasiyası ilə müşayiət olunan iri oynaqların mühüm dərəcədə ifadə olunmuş deformasiyaedici (sümüklərin oynaq uclarında 2 mm-dən kiçik olmayan kobud sümük artımlarının olması) osteoartrozu “a” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.