Məhkəmə iclasının keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə məhkəmə iclasında sədrlik edənin göstərişi əsasında iclas zalına buraxılan şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədləri və əşyaları yoxlanıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.
Məhkəmə iclasında qaydanın təmin edilməsi icra məmuruna həvalə edilir. İcra məmuru bu Məcəllənin 310.2.1 – 310.2.9-cu maddələrində göstərilən qaydalardan kənara çıxmağa yalnız məhkəmə iclasında sədrlik edənin icazəsi ilə yol verilməsinə nəzarət edir və ola biləcək pozuntuların qarşısını alır.