“C” bəndinə oynaqların və onurğanın nadir (ildə 1 dəfə və az) kəskinləşən xroniki xəstəlikləri aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Oynaqların ekssudativ-proliferativ dəyişiklikləri, prosesin aktivliyinin laborator əlamətləri saxlandıqda və müalicə uğursuz olduqda, kəskin iltihabi artropatiyaların uzun sürən (4 ay və daha çox) gedişli hallarında çağırış üzrə xidmət keçən hərbi qulluqçular da “c” bəndi üzrə şəhadətləndirilirlər.