Vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak, verilmiş borcun təminatı kimi fərdi sahibkarın əmlakı çıxış etdikdə ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edilməsi vergiyə cəlb olunmur.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi istisna ilə, fiziki şəxslərin torpaq, yaşayış və qeyri-yaşayış sahələrini təqdim etməsi üzrə müqavilələrin notarius tərəfindən təsdiqi Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb olunur.