Vergi ödəyicisi, sığortaedən və ya sığortalı barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqları analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin, sığortaedənlərin və ya sığortalıların uçot və hesabat məlumatları əsasında hesablanır.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.