Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi bəyannaməsini verməli olan şəxslər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Xarici subpodratçılara həyata keçirilən ödənişlərdən hesablanmış vergilər bu ödənişləri həyata keçirən şəxs tərəfindən tutulmalıdır. Bu cür tutulmuş vergi məbləğləri Dövlət Büdcəsinə Xarici Subpodratçıya ödəmənin verildiyi ayın sonundan başlayaraq otuz gün ərzində ödənilməlidir.
