Yalnız kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) və Azərbaycan Respublikasının ərazisində gəlir vergisi və ya sadələşdirilmiş verginin ödəyiciləri sayılan vergi ödəyiciləri (kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslər, kənd təsərrüfatı məhsullarının istehsalı ilə, eyni zamanda digər fəaliyyətlə məşğul olan şəxslər, eləcə də əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyiciləri istisna olmaqla) bu fəaliyyətlə əlaqədar bəyannaməni vergi orqanına təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
