Bütün hallarda 16 (on altı) yaşına çatmamış şahidin ifadələri təqsirləndirilən şəxsə elan edilir və ona öz müdafiəçisi vasitəsilə həmin şahidə suallar vermək imkanı yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.

Məhkəmə iclası zalına qayıtdıqdan sonra təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış şahidin verdiyi məlumatlarla əlaqədar öz ifadələrini vermək hüququna malikdir.