Buraxılış şərtlərində edilmiş dəyişikliklərin açıqlanmasından və ya təqdim edilməsindən əvvəl qiymətli kağızların alınması üzrə abunə yazılışına razılaşmış şəxslər həmin dəyişikliklərin qüvvəyə minmə tarixindən 7 (yeddi) iş günü ərzində təkliflərini geri götürmək hüququna malikdirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.

Beynəlxalq təşkilatın qiymətli kağızıları ilə alqı-satqı əqdləri investisiya qiymətli kağızları ilə alqı-satqı əqdlərinin bağlanmasını tənzimləyən normativ xarakterli akta uyğun olaraq bağlanılır. Fond birjasında qiymətli kağızlarla alqı-satqı əqdləri yalnız qiymətli kağızların fond birjasının daxili qaydalarına əsasən kütləvi ticarətə qəbulundan sonra həyata keçirilir.