Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri Vergi Məcəlləsinin 16.2-ci və 151.5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq arayışı təqdim etmədikləri halda, vergi orqanı cari vergi ödəmələrinin məbləğini bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq qərar göndərir.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Cari vergi ödəmələri Vergi Məcəlləsində nəzərdə tutulan güzəşt və azadolmalar nəzərə alınmaqla hesablanır və hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir.