Ətrafın qeyri-sabitliyi ilə müşayiət olunan sümüklərin 1 sm-dən böyük defekti, bud sümüyü başının aseptik nekrozu və sekvestral boşluqların, sekvestrlərin, uzun müddət sağalmayan və ya tez-tez (ildə 2 dəfə və çox) açılan fistulların olması ilə müşayiət olunan osteomielit  “a” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.