“Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri barədə bəyannaməsi” gəlir vergisi ödəyiciləri tərəfindən hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq, sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən isə rüb bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.