Müvafiq hesabatda əks olunmuş lakin gecikmə ilə ödənilmiş vergi məbləği Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəməyə məsuliyyət daşıyan şəxsə verginin ödənilməli olduğu ən son tarixdən mövcud olan Libor və əlavə olaraq dörd faiz dərəcədə faizlər hesablanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi bəyannaməsi Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:
– “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;
– “Xarici subpodratçının ödəmə mənbəyində tutulan vergilərinin hesablanması” bölməsində müvafiq saziş üzrə xarici subpodratçılara ödənilmiş məbləğlər və vergi məbləği əks olunur.