Məhkəmə tərəfindən çıxarılmış xüsusi qərarın təsir tədbirlərinin görülməsi üçün hansı şəxslərə göndərilməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.

Məhkəmə tərəfindən çıxarılmış xüsusi qərar təsir tədbirlərinin görülməsi üçün aşağıdakı şəxslərə göndərilməlidir:

– müstəntiq, təhqiqatçı və təhqiqat orqanının əməkdaşı barəsində — tabeçiliyindən asılı olaraq Azərbaycan Respublikası müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə;

– ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və prokurorluğun müstəntiqi barəsində — Azərbaycan Respublikasının Baş prokuroruna.