İsmayıllı-Qəbələ rayonlarının inzibati sərhədində 3,3 maqnitudalı zəlzələ olub.

Respublİka Seysmoloji Xİdmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, yerli vaxtla saat 09:16-da Qəbələ stansiyasından 19 km cənubda, İsmayıllı-Qəbələ sərhəddində zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 45 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.