Kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin ölçülərinə mütənasibdir.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin və həmin mülkiyyətçinin kommunal mənzilin ümumi əmlakına mülkiyyət hüququnda payına müvafiq olaraq müəyyənləşdirilmiş həmin mənzilin ümumi əmlakını təşkil edən sahələrin məcmusuna mütənasibdir.