Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyri-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə, vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı məbləği əsasında hesablayır.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Verginin, cari vergi ödəməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqqının hesablanması üçün vergi ödəyicisi, sığortaedən və ya sığortalı barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin, cari vergi ödəməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqqının hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi, cari vergi ödəməsi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqqı hesablanır.