Daşınmaz əmlak üzrə sadələşdirilmiş verginin bəyannaməsi” hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi” Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

– Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində VÖEN,  vergi ödəyicisinin tam adı, telefon nömrəsi (stasionar, mobil), təqdim olunmuş əlavələrin sayı, bəyannamənin növü, dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi barədə bildirişin nömrəsi və vergi dövrü barədə məlumatlar əks olunur;

“Verginin hesablanması bölməsi” 4 hissədən ibarətdir:

– “Hissə 1” – Yaşayış və qeyri-yaşayış sahələri üzrə verginin hesablanması barədə məlumatlar əks olunur;

– “Hissə 2”- Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələri üzrə verginin hesablanması barədə məlumatlar əks olunur;

– “Hissə 3” – “Kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə verginin hesablanması barədə məlumatlar əks olunur;

– “Hissə 4” – Torpaq, yaşayış və qeyri-yaşayış sahələri üzrə hesablanan yekun vergi məbləğləri barədə məlumatlar öz əksini tapır.