Beynəlxalq təşkilatın qiymətli kağızlarının əsas məbləği və faiz (diskont) üzrə öhdəliklər investorlar qarşısında tam icra edildikdən sonra beynəlxalq təşkilatın qiymətli kağızları ödənilmiş hesab edilir və dövriyyədən çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi haqqında qərarın qəbul edilməsi tarixindən etibarən 1 (bir) iş günü ərzində Mərkəzi Bank bu barədə beynəlxalq təşkilata, qiymətli kağızların təklifi və yerləşdirilməsini həyata keçirən şəxslərə yazılı məlumat verir və 7 (yeddi) iş günü ərzində bu qərarı mediada açıqlayır.