Dövlət ittihamçısı və müdafiəçi istisna olmaqla, məhkəmə iclasında qaydanı kobud surətdə pozan şəxslər barəsində əvvəlcə edilmiş xəbərdarlıqdan sonra məhkəmənin qərarı əsasında tədbirlər görülə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.

Dövlət ittihamçısı və müdafiəçi istisna olmaqla, məhkəmə iclasında qaydanı kobud surətdə pozan şəxslər barəsində əvvəlcə edilmiş xəbərdarlıqdan sonra məhkəmənin qərarı əsasında aşağıdakı tədbirlər görülə bilər:

–  əlli beş manatadək miqdarda cərimə;

– 3 saatdan 48 saatadək müddətə tutma;

–  məhkəmə baxışının bütün müddətinə və ya bu müddətin bir hissəsinə məhkəmənin iclas zalından xaric etmə.