Ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi ayrılma normasından artıq olan sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin razılığı ilə ona yaşadığı yaşayış sahəsi əvəzinə daha az ölçüdə olan yaşayış sahəsi verilməsi ilə bağlı kirayəyə verənə müraciət edə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.