Daşınmaz əmlak üzrə sadələşdirilmiş verginin bəyannaməsinin əlavələri müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Daşınmaz əmlak üzrə sadələşdirilmiş verginin bəyannaməsinin aşağıdakı əlavələri mövcuddur:
– “Əlavə 1” – Vergi ödəyicisi haqqında ümumi məlumatları və yaşayış və qeyri-yaşayış sahələri üzrə məlumatları özündə əks etdirir;
– “Əlavə 2”- Vergi ödəyicisi haqqında ümumi məlumatları və təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə azadolmalar barədə məlumatları özündə əks etdirir;
– “Əlavə 3”- Vergi ödəyicisi haqqında ümumi məlumatları və sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələri üzrə məlumatları özündə əks etdirir;
– “Əlavə 4”- Vergi ödəyicisi haqqında ümumi məlumatları və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə məlumatları özündə əks etdirir;
– Əlavə 5”- Vergi ödəyicisi haqqında ümumi məlumatları və Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələri üzrə azadolmalar barədə məlumatları özündə əks etdirir;
– “Əlavə 6”- Vergi ödəyicisi haqqında ümumi məlumatları və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə azadolmalar barədə məlumatları özündə əks etdirir.