Mülki cavabdehin məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələrinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.

Mülki cavabdeh bu Məcəllənin 93.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə verilmiş iddia ilə bağlı öz hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə məhkəmə baxışı zamanı məhkəmə iclaslarında iştirak edir. Mülki cavabdeh və ya onun nümayəndəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə baxışının davam etdirilməsinə və mülki iddianın baxılmasına mane olmur.