Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada hüquqları var.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada aşağıdakı hüquqları var:

– yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək;

– yaşayış sahəsini ikinci əldən kirayəyə vermək;

– yaşayış sahəsində müvəqqəti sakinlərin yaşamasına icazə vermək;

– yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək;

– kirayəyə verəndən yaşayış sahəsinin vaxtlı-vaxtında əsaslı təmirinin aparılmasını, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasında lazımınca iştirak etməyi, habelə lazımi kommunal xidmətlərin göstərilməsini tələb etmək.

Göstərilən hüquqlardan başqa bu Məcəllə ilə, digər qanunlarla və yaşayış sahəsinin sosial kirayə müqaviləsi ilə nəzərdə tutulmuş digər hüquqları ola bilər.