“Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri barədə bəyannaməsi” vergi orqanı tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə bölmələrdən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
“Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri barədə bəyannaməsi” vergi orqanı tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:
– “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, vergi ödəyicisinin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), fəaliyyət növünün kodu, bəyannamənin növü, tədiyyənin növü, uçot metodu və digər məlumatlar əks olunur;
– “Gəlir vergisi ödəyiciləri üzrə” bölməsində bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər (xərclər çıxılmadan) barədə məlumatlar əks olunur;
– “Sadələşdirilmiş vergi ödəyiciləri üzrə” bölməsində kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi barədə məlumatlar əks olunur.