Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Xırdalan, Qazax və Bərdə şəhərlərində doqquzmərtəbəli binalarda ümumilikdə 200 lift quraşdırılacaq.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahıda əksini tapıb.
Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı
| № | Şəhərin adı | Quraşdırılacaq liftlərin sayı | Ayrılmış vəsaitin məbləği (min manat) |
| 7 şəhər üzrə cəmi: | 200 | 9.940,0 | |
| o cümlədən: | |||
| 1. | Bakı | 141 | 7.007,7 |
| 2. | Sumqayıt | 30 | 1.491,0 |
| 3. | Naxçıvan | 11 | 546,7 |
| 4. | Gəncə | 10 | 497,0 |
| 5. | Xırdalan | 5 | 248,5 |
| 6. | Qazax | 2 | 99,4 |
| 7. | Bərdə | 1 | 49,7 |
