Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin vəzifələri var.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri var:
– yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək;
– yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək;
– yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq;
– yaşayış sahəsinin cari təmirini aparmaq;
– yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək;
– sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq.
Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi göstərilənlərdən başqa bu Məcəllə ilə, digər qanunlarla və sosial kirayə müqaviləsi ilə nəzərdə tutulan digər vəzifələri daşıyır.