Dövlət rüsumunun tutulması haqqında hesabat “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7-ci bəndinə əsasən dövlət rüsumunu tutan şəxslər tərəfindən təqdim edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Dövlət rüsumunun tutulması haqqında hesabatı hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir.