Ehtiyatda olan HAKİM

04 Mart 2025, 01:14

Üç hakimdən ibarət kollegial məhkəmə tərkibi tərəfindən baxılan və baxılması üçün uzun müddət vaxt tələb olunan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında qəbul edilmiş qərar əsasında çağırılmış ehtiyatda olan hakim iştirak edə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.

Ehtiyatda olan hakimin iştirakına, həmçinin məhkəmə baxışının əvvəlində məhkəmə iclasının açılmasından dərhal sonra məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında yol verilir.