Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin ikinci əldən kirayəçisi və ya onun cavabdeh olduğu vətəndaş həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə, mütəmadi olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozduqda və ya yaşayış sahəsinin dağılmasına (korlanmasına) yol verməklə onunla təsərrüfatsızcasına rəftar etdikdə, yaşayış sahəsinin kirayəçisinin ikinci əldən kirayəçiyə göstərilən pozuntuları aradan qaldırmaq barədə xəbərdarlıq etmək ixtiyarı var.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Qeyd edilən pozuntular yaşayış sahəsinin dağılmasına (korlanmasına) səbəb olarsa, yaşayış sahəsinin kirayəçisinin, həmçinin ikinci əldən kirayəçiyə yaşayış sahəsinin təmir edilməsi üçün ağlabatan müddət təyin etmək ixtiyarı vardır.