Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi üzrə risklərin müəyyən edilməsi zamanı kameral yoxlamalar aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır:

– Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

– Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

– Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.