Dəyişdirilən yaşayış sahəsinin kirayəçisinə qarşı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə dair iddia irəli sürüldükdə, dəyişdirilən yaşayış sahəsindən istifadə hüququ məhkəmə qaydasında mübahisələndirildikdə və dəyişdirilən yaşayış sahəsi müvafiq qaydada yaşamaq üçün yararsız hesab edildikdə sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin kirayəçiləri arasında həmin yaşayış sahələrinin dəyişdirilməsinə yol verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.