Əgər ikinci əldən kirayəçi və ya onun cavabdeh olduğu vətəndaş kirayəçinin xəbərdarlığından sonra qonşuların hüquqlarını və qanuni mənafelərini pozmaqda və ya yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməkdə davam edərsə və ya üzrlü səbəblər olmadan zəruri təmir işləri aparmazsa, kirayəçinin məhkəmə qaydasında yaşayış sahəsinin ikinci əldən kirayəyə verilməsinə dair müqaviləni ləğv etməyə və ikinci əldən kirayəçini və onunla birlikdə köçürülmüş şəxsləri yaşayış sahəsindən çıxarmağa ixtiyarı var.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.