İki bucaqlıqdan ibarət en kəsikli tavr, dörd bucaqlıqdan ibarət xaçvarı en kəsikli, qapalı olmayan duzbucaqlı en kəsikli, şvellerlərdən ikitavr en kəsikli və ya əymə profillərdən metal konstruksiyaların orta aqressiv və güclü aqressiv mühitli bina və qurğularda tətbiq olunmasına yol verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Profilli lövhə panellərdən qoruyucu konstruksiyalı birmərtəbəli isidilən binaların yükdaşıyan konstruksiyalar aqressiv olmayan və zəif aqressiv mühitlərdə layihələndirilməlidir.