Bina və qurğuların elektroliz istehsal sahələrinin və sabit cərəyanla elektriklənmiş relsli nəqliyyat qurğularının dəmir-beton konstruksiyalarının layihələndirilməsi zamanı elektrokorroziyadan I və II dərəcəli mühafizə üsulları nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Bina və qurğuların elektroliz istehsal sahələrinin və sabit cərəyanla elektriklənmiş relsli nəqliyyat qurğularının dəmir-beton konstruksiyalarının passiv mühafizəsi aşağıdakılarla təmin olunmalıdır:
– sukeçirməzlik üzrə markası W6–dan az olmayan betonların tətbiq olunması;
– betonun elektromüqavimətini aşağı salan, eləcə də poladın korroziyasını sürətləndirən qatqılı betonların tətbiq edilməsinin istisna olunması;
– beton mühafizə qatının qalınlığının ən azı 20 mm, kontakt şəbəkələrinin dayaqları üçün isə – ən azı 16 mm olmaqla təyin edilməsi;
– qabaqcadan gərginləşdirilmiş konstruksiyalar üçün çatların açılma eninin 0,1 mm və adi konstruksiyalar üçün isə 0,2 mm-dən çox olmamaqla məhdudlaşdırılması.