Kanalizasiya boru kəmərlərinin tikintisi zamanı güclü aqressiv təsir mühitli hissələrinin daxili polietilen örtüklü dəmir-beton borulardan istifadə olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Tüstü baca borularının futerlənməsi üçün turşuyadavamlı məhlul və ya məcunla turşuyadavamlı və yaxud gil kərpicdən istifadə olunmalıdır. Qaztüstü baca borularının futerlənməsi üçün turşuyadavamlı məcun istifadə olunmaqla turşuyadavamlı kərpic tətbiq edilməlidir.