İstismar şəraitində örtüklərin tamamilə təzələnməsi mümkün olan birləşdirici və qoyma elementlərin səthlərinin qorunması üçün mühitin aqressivlik dərəcəsindən asılı olmayaraq lak-boya örtükləri nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Kombinasiya olunmuş örtüklərin (sink və ya alüminium əsasında metal altlıqlı) davamlı olmadığı güclü aqressiv dərəcəli mühitdə, dəmir-beton konstruksiyaların betonlanmayan qoyma detal və birləşdirmə elementləri bu mühitdə kimyəvi dayanıqlı olan poladlardan nəzərdə tutmalıdır.