Xəbər verdiyimiz kimi, Ağdam-Füzuli yolunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə qəza baş verib, bir nəfər ölüb, daha biri yaralanıb.

Heftelik.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qarnın küt travması, sol ayağın dördüncü barmağının əsas falanqasının yerdəyişmiş sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”, – məlumatda deyilir.

Qeyd edək ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Svetlana Məmmədova həyatını itirib.

***
saat 21.34
Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Hefteülik.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar:
“Təəssüflə bildiririk ki, Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişmiş, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Allahdan dünyasını dəyişən əməkdaşımıza rəhmət, yaralı əməkdaşımıza isə şəfa diləyirik”.